Xocavənddə silah-sursat aşkarlandı
22 Yanvar 2024 10:35 HadisəXocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən 1 ədəd qumbaraatan, 24 ədəd əl qumbarası, müxtəlif çaplı mərmi və patronlar, eləcə də, digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31