Paytaxtda mərasim evinin tavanı çökdü
19 Yanvar 2024 13:18 HadisəBakıda mərasim evinin tavanı çöküb.
Daxili İşlər Nazirliynindən Olaylar.az verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb.
Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31