Bakıda sexdəki yanğında xəsarət alanların vəziyyəti açıqlandı
19 Yanvar 2024 12:07 HadisəYanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.
Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31