Sumqayıtda bir nəfərin uçqun altında qalaraq ölməsi ilə bağlı araşdırma aparılır
18 Yanvar 2024 14:16 HadisəŞəxsin torpaq uçqunu altında qalaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş prokurorluğun Mətbuat xidmətindən Olaylar.az-a verilən məlumata görə, yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində "Archico" MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalması nəticəsində ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31