Abşeronda 38 yaşlı kişi BIÇAQLANDI

Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində bıçaqlanma hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən "Zəngin süfrə" kafesinin yaxınlığında baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü Əliyev Şahin Arif oğlu aralarında yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü Əmirov Yedulla Kazım oğlunu bıçaqla vurub.

Şahin Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31