Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə ediləcək

Xəbər verdiyimiz kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi yekunlaşıb.

Olaylar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Səlim Müslümova 5 il sınaq müddəti təyin olunmaqla 11 il müddətinə şərti cəza verilib.

Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31