Sabunçuda bıçaqlanma olub
17 Yanvar 2024 10:34 HadisəYanvarın 17-də gecə saatlarında Məhəmmədi qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən Olaylar.az-a verilən xəbərə görə, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Şahin Əliyev müəyyən olunaraq saxlanılıb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31