66 yaşlı kişi qarda yıxılıb öldü - Nəvəsini məktəbdən gətirirdi
16 Yanvar 2024 10:18 HadisəŞaxtalı havada yolların buz bağlaması 66 yaşlı kişinin ölümünə səbəb olub.
Olaylar.az xəbər verir ki, hadisə bu gün Biləsuvarda baş verib.
Belə ki, Biləsuvar şəhər sakini 1958-ci il təvəllüdlü Cəmil Rəhimov buzlu yolda sürüşərək yıxılıb.
Ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.
Qeyd edək ki, 66 yaşlı baba nəvəsini buzlu yollardan təhlükəsiz evə aparmaq üçün məktəbə gedibmiş. (Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31