Azərbaycanda daha bir partlayış - yaralı var

Şəkidə yaşayış evində partlayış olub

Olaylar.az xəbər verir ki, hadisə Vərəzət  kəndində baş verib. Belə ki, partlayış zamanı kənd sakini 1959-cu il təvəllüdlü Feyziyev Arif Tapdıq oğlu xəsarət alıb və yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Unikal)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31