Bakıda partlayış olan mebel sexində yanğın məhdudlaşdırılıb - Ərazidə son vəziyyət - YENİLƏNİB

Xəbər verildiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib

Olaylar.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakının Binəqədi rayonunda sexdə partlayış-yanğın baş verən əraziyə gəlib.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək

***

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

Olaylar.az-a DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Hadisə yerindən yeni görüntüləri təqdim edirik:

Bakıda partlayışın baş verdiyi ərazidən YENİ GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31