Bakıda güclü yanğın: Ölənlər var - YENİLƏNİB
15 Yanvar 2024 13:22 HadisəOlaylar.az xəbər verir ki, Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb. (qafqazinfo)
****
Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Olaylar.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
****
Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
****
7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.
Olaylar.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə baş verib.