Respublika Klinik Xəstəxanasında yanğın baş verməyib, təlim keçirilir

Respublika Klinik Xəstəxanasında yanğın baş verməyib, təlim keçirilir.

Trend xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra yerli KİV-də Respublika Klinik Xəstəxanasında yanğın baş verməsi ilə bağlı məlumat və görüntülər yayılıb.

Olaylar.az-ın aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib və yayılan görüntülər də təlim görüntüləridir.

Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında nazirliklə TƏBİB-in birgə təlimi keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31