Bakıda qadının çantasından oğurluq edildi

Bakıda qadının çantasından oğurluq edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31