Aygün Bəylərin məzarı başında canlı yayım açdılar - VİDEO

Ötən günlərdə itirdiyimiz Əməkdar artist Aygün Bəylərin məzarı başında yaşanan bəzi hallar müzakirə yaradıb.

Olaylar.az yazır ki, TikTok-da bəzi istifadəçilər sənətçinin qəbrinin önündə canlı yayım açıb.

Sözügedən şəxslər başqa şəxslərə də ünvanı yollaya biləcəklərini söyləyiblər.

Bu vəziyyət isə birmənalı qarşılanmayıb. Sözügedən şəxslərə irad bildirənlər olub. Bunun düzgün addım olmadığı söylənilib. (olay)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31