Narkotikin təsiri altında maşın idarə edən sürücü saxlanıldı
13 Yanvar 2024 11:05 HadisəNarkotikin təsiri altında maşın idarə edən sürücü saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanvarın 12-də saat 10 radələrində Bakı-Qazax yolunda yerləşən postda "Mercedes" markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Sürücü, Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Zaur Mustafayevin narkotik vasitənin təsiri altında avtomobili idarə etməsi müəyyən edildiyindən barəsində protokol tərtib edilərək Hacıqabul Rayon Polis Şöbəsinə təhvil verilib.
Ondan heroin aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31