Ağır qəza - Yaralılar var
13 Yanvar 2024 10:51 HadisəBalakəndə yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi "Ford" markalı avtomobillə Nurşad Məmmədovun sürücüsü olduğu "VAZ-2107" toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ"dakı 4 sərnişin xəsarət alıb. Onlardan üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam etdirilir.
Xəsarət alanlardan biri 1984-cü il təvəllüdlü Nuranə Əhmədovadır.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31