Oğuzda bina yandı
12 Yanvar 2024 15:43 HadisəFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən kürsülü birmərtəbəli tikilidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Olaylar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31