Yanacaqdaşıyan maşın aşdı, 40 ton benzin yola dağıldı - FOTO
12 Yanvar 2024 13:41 HadisəSamuxda yanacaqdaşıyan avtomobil aşıb, tonlarla benzin yola dağılıb.
Olaylar.az xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı ağırtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.
Hadisədən sonra Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb edilib, sürücülər alternativ yollarla hərəkət etməyə yönləndirilib. Daha sonra DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)