Azərbaycanda 15 kq-dan çox narkotik vasitə AŞKAR EDİLDİ
12 Yanvar 2024 11:01 HadisəPolis əməkdaşlarının yanvarın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 15 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlər zamanı narkotik vasitələr, 14 kiloqram 150 qram marixuana, 227 qramdan çox heroin, 530 qram tiryək, 530 qrama yaxın metamfetamin və 202 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31