Xankəndidə silah-sursat aşkarlanıb
11 Yanvar 2024 11:08 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd tüfəng, 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31