Sumqayıtda yeniyetmə cibgir saxlanıb

Sumqayıt şəhərində avtobuslarda cibgirliklə məşğul olan şxs saxlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da 1-ci mikrorayon ərazisində bir marşrut avtobusundan soyğunçuluq yolu ilə 80 manat pul talamaqda, digər marşrut avtobusundan isə 160 manat pul oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31