Məhkəməyə gəlməyən vəkil axtarışa verildi

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Olaylar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Sümbülə Əliyeva iştirak etməyib.

Məhkəmənin çağırışlarına gəlməyən Sümbülə Əliyeva haqqında qiyabi həbs qərarı çıxarılıb və vəkil barəsində axtarış elan edilib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Onu da qeyd edək ki, Sünbülə Əliyev bir çox tanınmış şəxsin vəkili olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31