Azərbaycanda güclü zəlzələlər baş verəcək? - 2024-cü ilin yaz-yay ayları...

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir".

Olaylar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.

Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər:

"12 noyabr 2023-cü ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər olacağını xəbər vermişdim. Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də aktuallığını saxlayır".

Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb:

"Azərbaycanda dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz-yay ayları seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür".

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi də Azərbaycanda güclü zəlzələ olmayacağını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31