Sumqayıtda güclü yanğın başladı - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Sumqayıtda yanğın baş verib.

FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası yolunun kənarındakı plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31