Bakıda yaşayış binasında yanğın olub

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallart Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 194 m² olan obyektin 1 otağının yanar konstruksiyaları, 1 ədəd kondisioner və 2 ədəd müşahidə kamerası, ümumi sahəsi 20 m² olan dəhlizdə 2 ədəd pəncərə çərçivəsi və 1 ədəd plastikdən ibarət qapı yanıb.

Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31