Ağdamda minaya düşən şəxs ƏMƏLİYYAT OLUNDU - Son vəziyyəti açıqlandı

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan ANAMA Mətbuat Xidmətinin əməkdaşı Zaur Mahmudovun əməliyyatdan sonrakı vəziyyəti qənaətbəşxdir.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.

Cəfər Nəsirlinin sözlərinə görə, travmatologiya şöbəsinə yerləşdirilən Zaur Mahmudovun böyük aşağı ətrafının-sol baldırının üçdə bir hissəsinin ciddi zədələndiyi aşkarlanıb:

"Sol baldırın böyük bir hissəsində yumşaq toxumaların məhv olması, sümük toxumasının dağılması, vətər və sinirlərin parçalanması müşahidə olunub. Xəstənin ayağında böyük bir defekt var idi. 5 saata yaxın davam edən ilk əməliyyat zamanı zədələnən toxumaları, damar-sinir toxumalarını bərpa etdik, rekonstruktiv ənməliyyat icra olundu. Hazırda vəziyyəti qənaətbəxş olan xəstədə növbəti əməliyyatın da aparılacağı planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31