10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

10 yaşlı uşaq kanala düşüb, axtarış aparılır

FHN-dən Olaylar.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31