Yeni nazir daha bir şöbə müdirini işdən çıxardı
27 Dekabr 2023 12:48 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31