Keçmiş məhkum Bakıda telefon oğurladı
13 Dekabr 2023 10:27 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda bir nəfərin telefonu oğurlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də rayon ərazisində bir nəfərin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş T.Mürsəlov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31