Tbilisi prospektində qəza: yolda hərəkətə müvəqqəti məhdudiyyət qoyuludu
12 Dekabr 2023 15:30 HadisəYağışlı hava şəraitində yollarda diqqətli olmamaq, sürət həddinə əməl etməmək, xüsusilə də ara məsafəsi saxlamamaq yol-nəqliyyat hadisələrinin baş verməsini qaçılmaz edir.
Olaylar.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Qeyd olunub ki, belə bir hadisə bu gün Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində baş verib.
Məlumata görə, qəza səbəbindən hazırda "Qələbə" dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31