Bakıda bağçanın yerləşdiyi binada yanğın - 41 uşaq təxliyə edildi
12 Dekabr 2023 14:56 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31