Bakıda səhər saatlarında dəhşət: Ölən qadın kimdir?
12 Dekabr 2023 10:18 HadisəBakıda avtomobil iki qadını vurub, biri ölüb.
Olaylar.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçməyə çalışan piyadalar - 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızını və Fərzəliyeva Sevil Abbas qızını vurub.
Nəticədə S.Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, Sara Hüseynova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31