Restoranlarda oğurluq edən əcnəbi vətəndaş saxlanıldı
11 Dekabr 2023 13:33 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Restoranlarda oğurluq edən əcnəbi vətəndaş saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən restoranda Bakı şəhər sakini olan bir nəfərin gödəkçəsinin cibindən 5000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Onun dekabrın 9-da Səbail rayonu ərazisində yerləşən restoranda daha bir nəfərin cibindən 230 manatını oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31