Şəkidə məhkumun vaxtilə basdırdığı silah AŞKARLANIB
8 Dekabr 2023 20:00 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb.
Olaylar.az bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31