"Ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib" - Ruslan Əliyev
2 Yanvar 2023 18:09 HadisəBakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində üç mənzilə və liftin şaxtasına ziyan dəyib, binada qaz təminatı tam dayandırılıb.
Olaylar.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev hadisə yerində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz"a aid məsələlərlə bağlı işlər yerinə yetirilir.
"Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan, kəmərlər yoxlanıldıqdan və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31