41 yaşlı alimin ölümü ilə bağlı ŞOK FAKTLAR
23 May 2022 20:23 HadisəAMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun "Arxeoloji irsin tarixi və nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru 41 yaşlı Emil İsgəndərli vəfat edib.
Emil İsgəndərlinin intihar etdiyi məlum olub. O, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.
Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.İsgəndərli 1981-ci il noyabrın 18-də anadan olub. Əhəmənilər dövrü arxeologiyası üzrə mütəxəssis Bakı Dövlət Universitetini bitirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31