Mirhüseyn Musəvi xəstəxanaya yerləşdirilib

Müxalifət liderinin ürəyində problemlər yaranıb

İran müxalifətinin lideri, əslən azərbaycanlı Mirhüseyn Musəvi xəstəxanaya yerləşdirlib. 2 ilə yaxındır ki, ev dustaqlığı şəraitində yaşayan Musəvinin ürəyində problemlər yaranıb. Musəvinin sağlıq durumu barədə məlumat verilmir. Musəvinin yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri bu barədə məlumat vermirlər. Məlumat verilir ki, Musəvinin səhhətində problem çərşənbə axşamı yaranıb. Bir gün sonra onu xəstəxanaya qaldırıblar. Təhlükəsizlik qüvvələri Musəvinin müstəqil həkimlər tərəfindən müalicəsinə icazə vermirlər."OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31