Sentyabrın 7-si hökm günüdür...

Milli.Az Cənub TV-yə isitnadən xəbər verir ki, İran İslam Respublikasında saxlanılan gənc şairlərin avqustun 7-də keçirilən məhkəmə qərarının cavabı sentyabr ayının 7-də  açıqlanacaq. Bunu gənc şairlərdən Şəhriyarın atası deyib.
Bildiyimiz kimi, İran İslam Respublikasında məhbəsdə olan gənc şairlərin avqust ayının 7-də  məhkəməsi oldu. Məhkəmə qazisi qərarın ayın 15-də acıqlanacağını söyləyib və 15-i gənc şairlərin valideynlərinə İranda məhkəmə qərarını müəyyən səbəblərdən gecikdiyini söyləyiblər. İlk öncə ayın 22-də məhkəmə qərarınən açıqlanacağı bildirilsə də, sonradan qərarın sentyabr ayının 7-ə qaldığı müəyyən olunub.
Məhkəmə qərarı geciksə də  Şəhriyarın atası  ədalətli qərarın olacağını dilə gətirdi və  şairlərin orada hər hansı çətinliklərinin olmadığını bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31