SEPAH güneylilərin saytını dağıdıb
24 Avqust 2012 12:48 GüneyGüney Azərbaycan Milli Oyanış Hərəkatına bağlı olan Güney Azərbaycan Xəbər Agentliyinin sananews.biz internet saytı İran İnqilab Keşikçiləri (SEPAH) təşkilatının kiber qrupu tərəfindən dağıdılıb. GAMOH yetkilsi Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə, saytın ana səhifəsinə uzunqulaq şəkli yerləşdirilib, GAMOH-un başqan yardımçısı Cavad Abbasiyə və onun firkirdaşlarına təhqirli sözlər yazılıb. SEPAH-çı hakerlər saytın "Güney zəlzələsindən zərər çəkənlərə göndərilən yardımları SEPAH mənimsəyir" yazısına qəzəbləniblər və yazıblar ki, Güney Azərbaycan İranındır, onu ayıra bilməzsiniz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31