İranda saxlanılan şairlərimiz doğmaları ilə görüşdü
22 Avqust 2012 16:24 Güneyİranda həbsdə saxlanılan Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Bu barədə Fərid Hüseynin dayısı Ağalar Hacızadə ANS PRESS-ə məlumat verib. Ağalar Hacızadə məlumatı Təbrizdəki Azərbaycan Konsulluğunun əməkdaşı Nəriman Orucəliyevdən aldığını bildirib."Deyilənlərə görə, məhkəmə işlə əlaqədar bəzi məqamları İran da araşdırmalıdır. Ona görə də, məhkəmə prsesi təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı hələlik məlum olmasa da, 1 həftəyə yenidən bu barədə məlumat veriləcək. Bir də, bizə dedilər ki, şairlərlə görüşməyə icazə verilib. Mən bu yaxın günlərdə Fəridlə görüşə gedəcəyəm", - deyə Ağalar Hacızadə bildirdi.Xatırladaq ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə şeir festivalında iştirak üçün İrana gedib və mayın 2-də orada həbs olunublar.