İran yenə silkələndi

İranın Lorestan əyalətinin Brucerd şəhərində Rixter cədvəli üzrə 3,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla bu saat 04:39-da baş verdiyini bildirib.Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31