GAMOH İstanbulda İrana etiraz edəcək
16 Avqust 2012 19:18 GüneyAvqustun 17-də Türkiyənin İstanbul şəhərində yerləşən İran səfirliyi qarşısında aksiya keçiriləcək. GAMOH-un mətbuat əlaqələndiricisi Ağrı Qaradağlının "OLAYLAR"a veridyi məlumata görə, təşkilatçı GAMOH-dur. Yerli vaxtla saat 13.00-da baş tutacaq aksiyada İran hakimiyyətinin zəlzələdən zərər çəkənlərə laqeyd münasibət göstərməsidir. Piketdə molla rejimi əleyhinə şüarlar səsləndiriləcək. Aksiyaçılar İran rejiminin zəlzələ qurbanlarına göndərilən yardımı dayandırmasını, yardıma gələn güneylilərin zəlzələ bölgəsinə buraxmamasını qınayacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31