GAMOH Ankarada Urmiya gölünü gündəmə gətirdi
Toplantıda sabiq millət vəkilləri də iştirak edib
30 Aprel 2012 14:49 GüneyAprelin 27-də Ankarada Güney Azərbaycan Milli Oyanış Hərəkatının təşəbbüsü ilə Urmiya gölünün quruması və yaşanan fəlakətlə bağlı tədbir keçirilib. GAMOH-un mətbuat katibi Ağrı Qaradağlının "OLAYLAR" verdiyi məlumata görə, tədbirdə Güney və Quzey Azərbaycandan qonaqlar iştirak ediblər. Toplantıya Türkiyənin keçmiş dövlət xadimləri də qatılıb. Sabiq millət vəkili Sadi Somuncuoğlu, professor Xanım Xəlilova iştirak ediblər. Türkiyə Kamu-Sen başqanı İsmail Konçuk, MHP baş katibinin müavini Abbas Bozyelin tədbir iştirakçlarına təbriki oxunub. 21-ci əsr Türkiyə İnstitutu başqanı professor Ümit Özdağ, Türk Dünyası İnsan Haqları Dərnəyi başqanı Abdullah Buksur, Türkiyə Tarım-Orman Həmkarlar Təşkilatı baş katibi Əhməd Dəmirçi, Zaur Bayramlı, Nəsir Dirazşəmşir və Məhəndis Səid Davəri toplantıda çıxış ediblər. Toplantının işini çoxlu KİV, o cümlədən "Cihan" xəbər agentliyi işıqlandırıb. Zaur Bayramlı toplantı iştirakçılarına Urmu gölün bölgəsində yaranmış vəziyyətlə bağlı məlumat verib. Nasir Dirazşəmşir İran dövlətinin Urmiya gölünün qurumasına laqeyd qaldığını, ciddi tədbirlər görülməsə gölün quruyacağını bildirib. Abdullah Buksur Aral- Urmu gölləri barədə məlumat verib. Professor Ümit Özdağ Türkiyə-İran münasibətləri çərçivəsində Güney Azərbaycan türklərinin durumu barədə məlumat verdi. Əhməd Dəmirçi Urmiya gölünün qurumasının Türkiyə başda olmaq üzrə bölgə üçün ekoloji təsirlərindən bəhs edib. O qeyd edib ki, bu artıq beynəlxalq bir problemdir və beynəlxaql qurumlar bununla məşğul olmalıdırlar. GAMOH araşdırma mərkəzinin üzvüsi üyəsi Məhəndis Səid Davəri gölün xilas edilmə yollarından danışıb. ("OLAYLAR"İA)