İranda yenidən zəlzələ baş verib
Yeraltı təkanlar Şərqi Azərbaycan vilayətində - Təbrizdən 71 km şimal-şərqdə qeydə alınıb
16 Avqust 2012 09:59 GüneyÖtən axşam İran İslam respublikasdında növbəti dəfə zəlzələ baş verib. ANS PRESS AMEA Seysmoloji araşdırmalar mərkəzinin rəsmi internet saytına istinadən xəbər verir ki, 5 ballıq yeraltı təkanlar yerli vaxtla saat 17.49-da Şərqi Azərbaycan vilayətində - Təbrizdən 71 km şimal-şərqdə qeydə alınıb. Yerin 5 km dərinliyində meydana gələn zəlzələ Azərbaycanın Naxçıvan və Lənkəran bölgələrində də 3 bal gücündə hiss olunub.Zəlzələnin Vərziganda meydana gəldiyini xəbər verən "İrna" agentliyi yeraltı təkanarın yerli sakinlər arasında təşvişə səbəb olduğunu bildirib. Məlumata görə, təbii fəlakət nəticəsində insan təlafatı və dağıntı meydana gəlməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31