Qənirə Paşayevadan İran hökumətinə etiraz
“Təbrizdə baş verən zəlzələ ilə bağlı İranın bütün ərazisində matəm elan olunmamasına çox üzüldüm”.
15 Avqust 2012 11:32 GüneyPublika.Az-ın məlumatına görə, bu sözləri Facebook statusunda millət vəkili Qənirə Paşayeva yazıb.Millət vəkili sadəcə Şərqi Azərbaycanda matəm elan olunmasını anlamadığını bildirib:"8 il aradan sonra Təbrizdəyəm.. Anamız Təbrizi hər zaman gözyaşları ilə gəzmişdim... İndi daha da üzgünəm... Baş vermiş zəlzələ nəticəsində Təbriz yaxınlığında - xüsusilə Əhər, Vərzigan və Heris şəhərində vəziyyət ağırdır. Zəlzələ nəticəsində 300-dən çox bacı-qardaşımız həlak olub, 3000-dən çoxu yaralanıb. Yüzlərlə qardaş-bacımız evsiz-eşiksiz qalıb... Bununla bağlı İranın bütün ərazisində matəmin elan olunmamasına isə çox üzüldüm. Sadəcə, Şərqi Azərbaycan əyalətlərində matəm elan olunub. Bu nə münasibətdir anlamıram... Bu qədər ağır faciəyə baxmayaraq, dövlətin bütün ərazisində deyil, sadəcə hadisə baş verdiyi Şərqi Azərbaycanda matəm elan edilir. Bu münasibət məni o qədər üzdü ki... Allah millətimizə bir daha belə ağrı-acılar yaşatmasın