Zəlzələ bölgəsində şok olay!
Ölüləri toplu şəkildə basdırırlar
15 Avqust 2012 06:32 GüneyQaradağ bölgəsində baş verən zəlzələdə ölənlərin sayı artmaqdadır. Ancaq ölülərin sayını və zəlzələnin böyüklüyünü kölgə altında saxlamaq üçün inanılmaz oyunlar oynanmaqdadır. Rəsmi qaynaqların birindən 306 nəfərin öldüyü bildirilir, başqa yetkili isə 260 nəfərin öldüyünü deiyr, bəziləri də 120 nəfərin ölməsindən danışırlar! Ancaq ən azı 2500 nəfərin öldüyü bölgədə başqa cinayətlər də baş verməkdədir.Aldığımız özəl bilgilərə görə yaxın kəndlərdən ölüləri toplayaraq İspiran kəndi çölündə toplu şəkildə basdırmışlar. Kəndlərin bir çoxunda əhalinin hamısı ölmüşdür və yaxın kəndlərdən də oralara yardım çata bilmir. Sipahın yük daşıyan maşınları isə kəndlərə gedərək sözdə yardım paylamaqda olaraq sahibsiz ölüləri toplayıb və İspiran yaxınlığına müntəqil edirlər. Artıraq k bu olay başqa yerlərdədə təkrar olunmaqdadır.Artıraq ki zəlzələ bölgəsində durum çox ağırdır və aclıq, soyuq hava və gündüzlər də isə istilər soydaşlarımıza əziyyət verir. Xatırladaq ki zəlzələ və ardicil silkələnmələr durmaq bilmir, itkilər isə saat bə saat artmaqdadır.Məlumat güneydən yayılıb