İranda həbs olunan şairlərimizə hökm oxunacaq
14 Avqust 2012 11:27 Güneyİranda həbs olunan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadəyə bu gün hökm oxunacaq. 3 aydan çoxdur ki, İranda saxlanılan gənc fəallarla bağlı məhkəmə bu gün yekun qərarını verəcək.Qeyd edək ki, Fərid Hüseyn və Şəhriyar Hacızadənin ilk məhkəməsi avqustun 7-də keçirilib. Azərbaycan vətəndaşları dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunurlar. Təbrizdə keçirilən məhkəmədə şairlərin ailə üzvləri ilə yanaşı Baş Konsulluğun əməkdaşları da iştirak ediblər.Xatırladaq ki, azərbaycanlı fəal Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31