Güney Azərbaycanda ölənlərin sayı 306 nəfərə çatdı

İranın şimal-qərbində (Güney Azərbaycanda) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 306 nəfər çatıb.Lent.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin səhiyyə naziri Marziə Vahid Dascərdi İran parlamentində etdiyi çıxışı zamanı bildirib ki, bölgədəki xəstəxanaların morqlarına gətirilən cəsədlərin 219 nəfəri qadın və uşaqlardır.Nazir qeyd edib ki, təbiİ fəlakət nəticəsində 3037 nəfər yaralanıb: "Yaralılardan 2011 nəfəri zəlzələ bölgəsində müalicə edilir, digərləri isə xəstəxanalara köçürülüb.İran KİV-lərində dünən yayılan xəbərdə vurğulanır ki, cəsədlərdən bəzilərinin meyitxanalara göndərilməyib, bölgədə torpağa basdırılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31