Millət vəkili səfərini yarımçıq qoyub Təbrizə yola düşdü

"Bu gün Somalidən Təbrizə gedirəm... Rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq əlimizdən gələn, imkanımız çatan yardımı edəcəyik zərər çəkən bacı-qardaşlarımıza, ən asası da mənəvi dəstək kimi yanlarında olmaq istəyirik...""Qafqazinfo"nun məlumatına görə, bu sözləri Somaliyə həkim kimi köməklik etmək üçün gedən millət vəkili Qənirə Paşayeva "Facebook" profilində yazıb: "Təbrizdəki baş konsulluğumuzla danışdım... Əllərindən gələn dəstək və yardımı göstərirlər...Ölkəmiz və xalqımız olaraq Güney Azərbaycanda(İran) zəlzələdən zərər çəkən insanlarımızn yanındayıq. Allahdan həlak olanlarımıza rəhmət yaralılarımıza acil şəfalar diləyirik. Millətimizin başı sağ olsun. Allah belə hadisələri təkrar yaşatmasın...Ötən gecə bu xəbəri qızdırma içində almışdım... Elə bir dəhşətli qızdırma, atəş qalxmışdı ki, dərmanlar belə sadəcə səhərə yaxın təsirini göstərməyə başladı.. Türkiyə Saglık Bakanlığının Somalidəki həkim qrupunda olan təcrübəli həkilmlərimiz belə əvvəlcə açıq söyləməsələr də sonra Qənirə xanım səhər tezdən ciddi bir analiz lazım olacaq, malyariya tutmuş ola bilirsiniz dedilər. Üzdə özümü sakit göstərməyə çalışsam da, ola bilməz desəm də içimdə əziyyət çəkdiyim atəşdən, qızdırmadan daha ciddi narahatlıq baş qaldırmışdı... Malyariya təbii ki, ciddi narahat olunacaq bir məsələdir... Bütün gecə qızdırma ilə bərabər bu narahatlığa görə də yata bilmədim. Səhər tezdən müayinələr malyariyaya yoluxmadığımı göstərdi... Allaha çox şükür... Özümü yaxşı hiss etməsəm də bu gün çadır düşərgələrində xəstələrin müayinə etməliyik, sonra da Keniya üzərindən İstanbula oradan da Təbrizə gedəcəm... Somalidən təyyarə olaraq təkcə Türk Hava Yolları uçur ki, onun da növbəti təyyarəsi ayın 15-dir. Ona görə buradan Keniyaya, oradan İstanbula, oradan da Təbriz gedəcəm... Allah bütün qardaş-bacılarımıza kömək olsun..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31