İranda 5 ərəb edama məhkum edilib
Ramşir məhkəməsi ərəbləri ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və allaha qarşı mübarizə aparmaqda təqsirli bilib
11 İyul 2012 10:27 Güneyİranın Xuzistan əyalətinin Ramşir şəhərində yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə aparan 5 fəal ölümə məhkum edilib, birinə isə 20 il həbs verilib. Məhkəmələrin qapalı keçirildiyi bildirilir.
Ramşir məhkəməsi Məhəmmədəli Əmuri, Hadi Raşedi, Haşım Şəbani, Muxtar və Cabir Albuşukəni qardaşlarını ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və Allaha qarşı mübarizə aparmaqda təqsirli bilib. Onlara ölüm cəzası kəsilib.
Məhkəmənin qərarı ilə daha bir ərəb fəalı Əbdülrəhman Əsakirə 20 il müddətinə azadlıqdan məhrum edilib.Amerikanın səsi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31